BMU ilə Macarıstan universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

BMU ilə Macarıstan universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Macarıstanın John von Neumann Universitetinin nümayəndə heyəti ilə görüşüb.
Azərbaycanla Macarıstanın arasında ali səviyyədə mövcud olan dialoq, strateji tərəfdaşlıq əlaqələrini vurğulayan rektor dost ölkələrin Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini bildirib. İki ölkənin bir çox sahələrdə, eyni zamanda humanitar sahədə də səmərəli əməkdaşlığına diqqət çəkən Yaqub Piriyev “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində Macarıstanda Azərbaycan gənclərinin təhsil alması məqsədilə hər il 200 nəfərə təqaüd verildiyini bildirib.
Müəllim-tələbə mübadiləsi, elmi-tədqiqat layihələrində birgə iştirak kimi istiqamətlər üzrə gənc ali təhsil ocağı olan John von Neumann Universiteti ilə sıx əlaqələrin qurulması üçün böyük potensialın mövcudluğunu vurğulayan Yaqub Piriyev gələcək plan və yeniliklərdən, yeni ixtisaslar üzrə mümkün əməkdaşlıqdan söz açıb.
Nümayəndə heyəti adından çıxış edən John von Neumann Universitetinin tədris işləri üzrə prorektoru Norberta Saqi Azərbaycan-Macarıstan dostluq əlaqələrinin inkişafından, bu münasibətlərin təhsil sahəsi üzərindən daha da dərinləşdirilməsi üçün qarşılıqlı marağın və geniş imkanların olduğunu qeyd edib.
Görüşdə iki ali təhsil ocağı arasında arasında gələcək əlaqələrin əsas istqiamətləri, tələbələrin müxtəlif layihələr çərçivəsində nəzərdən keçirilib, əməkdaşlığın gücləndirilməsi qərara alınıb.

Tehsil-press.az



Oxşar xəbərlər