Heydər Əliyev Mərkəzində növbəti ümumrespublika bilik yarışı keçirilib.
“Heydər Əliyev və Azərbaycan tarixi” IX ümumrespublika bilik yarışı Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə baş tutub.
Artıq ənənəyə çevrilən bu layihə Azərbaycan tarixinin və bu il 100 illiyi qeyd edilən Ümummilli Lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin tədqiqi, öyrənilməsi və təbliği məqsədi daşıyır.
18 Oktyabr - Müstəqilliyin Bərpası Günündə keçirilən yarışda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin gənclərlə görüşlərini, Ulu Öndərin gənclərə olan mühüm tövsiyələrini və Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsini əks etdirən videoçarx nümayiş olunub.
Qeyd edək ki, yarışa maraq ilbəil artır və builki bilik yarışına ölkənin 50 ali təhsil müəssisəsinin komandaları qatılıb.
İştirakçılar “Heydər Əliyevin uşaqlıq və gənclik illəri”, “Heydər Əliyev və Azərbaycanın müstəqillik illəri”, “Heydər Əliyev və Qarabağ həqiqətləri”, “Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü” və digər mövzularda biliklərini sınayıblar.
Qeyd edək ki, komandalar yarışa hazırlıq mərhələsində Heydər Əliyev Mərkəzində təşkil olunan təlimlərdə iştirak edib, Heydər Əliyev Muzeyində saxlanılan arxiv materiallarla tanış olublar.
Hər ali təhsil müəssisəsini 6 nəfərdən ibarət komanda təmsil edib.
Bilik yarışında Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası birinci, Daxili İşlər Nazirliyi Polis Akademiyasının komandası ikinci, Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbinin komandası üçüncü yerə layiq görülüb.
Müsabiqə ilə bağlı təəssüratlarını bölüşən Daxili İşlər Nazirliyi Polis Akademiyasının komandasının kapitanı Asəf Hüseynov yarışmadan razı qaldığını bildirib: “Akademiya olaraq çox güclü mübarizə apardıq. Düşünürəm ki, 50 ali məktəb arasında ikinci olmaq pis deyil. Bu qələbəmizi 19 sentyabrda şəhid olan Daxili İşlər Nazirliyinin polis əməkdaşları başda olmaqla bütün şəhidlərimizin əziz xatirəsinə həsr edirik”.
Daxili İşlər Nazirliyi Daxili Hərbi Qoşunları Ali Hərbi Məktəbinin komandasının kapitanı Çingiz Səfiyev yarışla bağlı təəssüratlarını bölüşüb: “Çox çalışmışdıq, üçüncü yeri qazandığımız üçün sevinirik. Qələbəmizi Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş silahdaşlarımıza həsr edirik”.
Yarışda I, II və III yerləri tutan komandalar mükafatlandırılıb, komandaların hər bir üzvünə iştirakçı sertifikatları təqdim edilib.
Tehsil-press.az