UNEC-də “Heydər Əliyev İli”nə həsr olunan bilik yarışı keçirilib

UNEC-də “Heydər Əliyev İli”nə həsr olunan bilik yarışı keçirilib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsinin və tələbə təşkilatlarının birgə layihəsi çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bilik yarışı keçirilib.
Dekan müavini Ramal Cabbarov komanda üzvlərini yarışın şərtləri barədə məlumatlandırdıqdan sonra yarışa start verilib.
Maraqlı və gərgin keçən bilik yarışında 582 saylı qrupun tələbələrindən ibarət komanda qalib olub. İkinci yeri 596 saylı, üçüncü yeri isə 578-2 saylı qrupun komandaları qazanıb.
Qalib komandanın üzvlərinə sertifikatlar təqdim olunub.

Tehsil-press.az




Oxşar xəbərlər