“Bu, Ukrayna, Moldova və Rumıniyanın birliyini gücləndirir”

“Bu, Ukrayna, Moldova və Rumıniyanın birliyini gücləndirir” Moldova Prezidenti Maya Sandu Ukrayna lideri Volodimir Zelenski və Rumıniyanın Baş naziri Marsel Çiolakunun Ukraynanın rumındilli icmasının rəsmi dilinin rumın dili olması ilə bağlı birgə bəyanatına münasibət bildirib.
Siyasətçi Ukrayna hakimiyyətinin moldova dilini rumın dili hesab etmək qərarını alqışlayıb.
Sandunun sözlərinə görə, belə bir addım Ukrayna, Moldova və Rumıniyanın birliyini gücləndirir.
Qeyd edək ki, Moldova müxalifəti isə əksinə, Ukrayna hakimiyyətinin qərarını tənqid edib. Yerli sosialistlər moldova dilini xalqın fundamental dəyəri adlandırırdılar.
Moldova özü də bu ilin martında moldova dilindən imtina edib. Sandu rumın dilinin ölkədə rəsmi dil olmasına dair qanun imzalayıb.

Tehsil-press.az



Oxşar xəbərlər