Moldova Prezidenti ölkədə erkən parlament seçkilərinin keçirilməsini istəyir

Moldova Prezidenti ölkədə erkən parlament seçkilərinin keçirilməsini istəyir Moldovanın yeni seçilmiş Prezidenti Maya Sandu ölkədə erkən parlament seçkiləri tələbindən geri çəkilmək niyyətində deyil.
Maya Sandu bu barədə Kişineuda Avropa İttifaqı Şurasının Prezidenti Şarı Mişel ilə birgə keçirdiyi mətbuat konfransında söyləyib.
"Vətəndaşlar səs verdilər, onlar ölkəni korrupsiyadan təmizlənməsini, ədliyyə sistemində islahatların aparılmasını tələb edirlər. Parlamentdə öz maraqlarına xidmət edən bəzi qrupların olmasını bəyənmirəm”, - deyə Moldova Prezidenti əlavə edib.
Prezident COVID-19 pandemiyasına qarşı mübarizə ilə yanaşı, erkən parlament seçkilərini özünün prioriteti adlandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər