Günəş sisteminin aktiv vulkanik peyki

Günəş sisteminin aktiv vulkanik peyki ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yupiterin beşinci peyki olan İonun yeni şəkillərini dərc edib.
İo peykinin 11700 kilometrliyindən keçən “JunoCam” avtomatik planetlərarası peyki vasitəsilə şəkillər çəkilərək Yerə göndərilmiş fotoşəkillərdə bulanıq yaşıl rəngli, naxışlı gölləri görmək mümkündür ki, bunlar da lava axınlarıdır.
Günəş sistemindəki digər obyektlərə nisbətən İoda vulkan püskürmələri daha aktivdir. Peykdəki aktiv vulkan püskürmələrinin əsas səbəbi Yupiter və onun digər peyklərinin güclü cazibəsi nəticəsində əmələ gələn tektonik aktivlikdir. İonun səthində ətrafa böyük miqdarda kükürd və digər maddələri atan 400-dən çox aktiv vulkan mövcuddur.
Qeyd edək ki, “JunoCAM”ın 2025-ci ilin sentyabrına qədər davam edəcək missiyası indiyədək peykin ətrafında əlliyə yaxın uçuş həyata keçirilib. Bundan sonrakı dövrdə aparatın peykə daha yaxın məsafədə uçacağını nəzərə alaraq yeni, daha detallı şəkilləri çəkərək yerə ötürəcəyi gözləniləndir.

Tehsil-press.az




Oxşar xəbərlər