"Voyager-2” peyki 41 ildən sonra Günəş sistemini tərk edir

ABŞ Kosmik Agentliyinin (NASA) “Voyager-2” kosmik aparatı ulduzlararası sahənin sərhədlərinə yaxınlaşır.
Avqustun sonundan “Voyager-2” peykinin detektorları tərəfindən aparata düşən kosmik şüaların sürətinin avqustun əvvəli ilə müqayisədə 5 faiz artdığı müşahidə edilib.
Bu isə ondan xəbər verir ki, aparat heliosferin sərhədlərinin sonuna yaxınlaşıb.
Qeyd edək ki, “Voyager-2” peyki 20 avqust 1977-ci ildə Günəş sisteminin uzaq planetlərinin tədqiqi üçün “Voyager” proqramı çərçivəsində buraxılıb. Bu, Uran və Neptuna çatan ilk və yeganə aparatdır.
“Voyager-2” səyahət etdiyi illər ərzində təxminən 17,7 milyard km uçub ki, bu da Yerdən Günəşədək olan məsafədən 118 dəfə çoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər