"X" sosial şəbəkəsinin sahibi İlon Mask gəlirləri artırmaq və botlarla mübarizə aparmaq üçün iki yeni ödənişli abunə səviyyəsini işə salmaq planını açıqlayıb.
Platforma rəhbərinin sözlərinə görə, bir variant reklamsız girişi təmin edəcək, daha ucuz variantda isə eyni xüsusiyyətlər mövcud reklam xidməti ilə birgə təklif olunacaq.
Maskın sözlərinə görə, bu, botlarla mübarizədə təsirli üsul olacaq.
Şirkət artıq istifadəçilərə tvitləri redaktə etməyə, daha az reklam görməyə və yazılarını tanıtmağa imkan verən ayda 8 dollarlıq “X Premium” abunə xidməti təklif edir.
Qeyd edək ki, oktyabrın 18-də CNBC “X”-in Yeni Zelandiya və Filippindəki yeni müştərilərdən botlarla mübarizə proqramının test nümunəsi üçün ildə 1 dollar almağa başladığını bildirmişdi.
Tehsil-press.az