İlon Mask Tviteri almaq üçün müqavilə bağlayır

İlon Mask Tviteri almaq üçün müqavilə bağlayır “SpaceX” kosmik texnologiya şirkətinin prezidenti İlon Mask 28 oktyabr tarixinə qədər "Twitter" rəhbərliyi ilə müqavilə bağlamağı planlaşdırır.
Məlumata əsasən, milyarder iş adamı bunu sövdələşmənin maliyyələşdirilməsinə kömək edən bankirlərlə videokonfrans zamanı deyib.
Bildirilib ki, banklar kredit müqaviləsini tamamlayıb və sənədlər imzalanma mərhələsindədir.
Qeyd edək ki, bu ilin aprel ayında tviter rəhbərliyi biznesmen İlon Maskın sosial şəbəkəni 44 milyard dollara almaq istədiyini elan edib. Sonra Maskın vəkilləri şirkətə sosial şəbəkəni almaqdan imtina etdiklərini bildirib. Tviter isə Maskı öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün məhkəməyə müraciət edib. Oktyabrın 4-də isə "Bloomberg" Maskın müqaviləni yeniləmək qərarına gəldiyini açıqlayıb.
Müqavilənin isə oktyabrın 28-ə kimi bağlanacağı gözlənilir.

Tehsil-press.az

Oxşar xəbərlər