“Azeri Light”ın qiyməti 91 dollara düşdü

“Azeri Light”ın qiyməti 91 dollara düşdü Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 3,83 ABŞ dolları, yaxud 4 % azalaraq 91,71 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, neftimiz ötən gün 95,54 dollar dollara ticarət edilib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Tehsil-press.az



Oxşar xəbərlər