İran parlamentinə seçkilərdə iştirak etmək üçün rekord sayda namizəd qeydə alınıb

İran parlamentinə seçkilərdə iştirak etmək üçün rekord sayda namizəd qeydə alınıb Gələn ilin (1402) mart (bəhmən) ayında İran İslam Şurası Məclisinə (parlament) keçiriləcək seçkilərdə iştirak etmək üçün rekord sayda namizəd qeydə alınıb.
Oktyabrın 27-dən başlayaraq noyabrın 3-nə kimi namizədlərin qeydiyyata alınması prosesi davam edəcək. Parlament seçkilərində iştirak etmək üçün ötən 3 gün ərzində elektron qaydada 48 min nəfər müraciət edib ki, onlardan da 24 min 826 nəfəri qeydə alınıb. İran mətbuatının yazdığına görə namizədlər məhkəmə orqanları tərəfindən nəzərdən keçiriləcək və bir qismi də ixtisar olunacaq.
Qeyd edək ki, İran İslam Şurası Məclisinə seçkilər ümumxalq səsverməsi yolu ilə 4 ildə bir dəfə keçirilir və 290 yerdən ibarətdir. İran parlamenti qanunvericilik orqan olmaqla yanaşı, hökumətin fəaliyyətinə də nəzarət edir və nazirlərin təyinatını təsdiqləyir.

Tehsil-press.az


Oxşar xəbərlər