Hökumət yeni ticarət nazirliyinin yaradılması təklifi ilə əlaqədar olaraq məktubla İran İslam Şurası Məclisinə (parlament) müraciət edib. Gələn sessiyada parlament bu məsələni müzakirə etmək üçün gündəliyə salacaq.
Bu barədə məlumatı İran parlamentinin ictimai işlər üzrə komissiyasının sədr müavini Amma İsmaili verib. O bildirib ki, yeni nazirliyin yaradılması barədə qanun layihəsi parlamentə daxil olub. Lakin Konstitusiyanın bəzi maddələri ilə ziddiyyət təşkil etdiyi üçün müzakirə olunmadı. Bu dəfə qanun layihəsi parlamentdə hazırlanacaq və Nəzarət Şurasına təqdim ediləcək.
Nəzərə çatdıraq ki, İranda iqtisadiyyatın ticarət sahəsinə dövlət nəzarətini Sənaye, Mədən və Ticarət Nazirliyi həyata keçirir.
İbrahim Rəisi hələ prezident seçkiləri ərəfəsində təbliğat kompaniyasında bildirmişdi ki, korrupsiya və rüşvətxorluğun qarşısını almaq məqsədilə dövlət idarəçiliyində islahatlar edəcək. Eyni zamanda, bu gün rəsmi Tehran qonşu dövlətlərlə ticarət əlaqələrini genişləndirməyi prioritet siyasi xətt elan edib. Sanksiyalar İranda iqtisadi imkanları məhdudlaşdırdığına görə yeni texnologiyalar əsasında istehsal müəssisələri qurmaq olduqca çətindir. Lakin İranın ticarət potensialı böyükdür. Ölkədə kənd təsərrüfatı malları, meyvə, tərəvəz, quru meyvə, çərəz, xalça, kimyəvi gübrələr, balıq məhsulları, tikinti materialları istehsal olunur. Bu məhsullara yeni bazarların və tərəfdaşların tapılması üçün, həmçinin İran büdcəsinə əlavə valyuta gətirmək məqsədilə yeni Ticarət Nazirliyinin yaradılması zərurəti meydana gəlib. Eyni zamanda, İran bazarını da tələbata uyğun mallarla təmin etmək yeni nazirliyin üzərinə düşəcək.
Parlament hökumətin təklifinə müsbət rəy verərək yeni nazirliyin yaradılması haqqında qanun qəbul etsə, o zaman İranda yeni dövlət strukturu - Ticarət Nazirliyi fəaliyyətə başlayacaq.
Tehsil-press.az