125 min İsrail sakini evlərini tərk edib

125 min İsrail sakini evlərini tərk edib HƏMAS ilə hərbi münaqişə başlayandan bəri təxminən 125 min İsrail sakini evlərini tərk edib. Bu barədə “The Jerusalem Post” qəzeti İsrailin Fövqəladə Hallar üzrə Milli Agentliyinin rəhbəri Yoram Laredoya istinadən məlumat yayıb.
Yoram Laredo deyib ki, cənub və şimalın 125 minə yaxın sakini dövlət tərəfindən maliyyələşdirilən otellərə və qonaq evlərinə təxliyə edilib. İsrailin Milli Fövqəladə Hallar İdarəsi təxliyə edilənlərin ilin sonuna qədər müvəqqəti yaşayış yerlərində qalmasını tövsiyə edib.
Son məlumatlara görə, İsraildəki hərbi münaqişə nəticəsində 1,4 min nəfər, Qəzza zolağında 7 min insan həlak olub. İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, HƏMAS silahlıları hazırda 224 nəfəri girov saxlayır.

Tehsil-press.az




Oxşar xəbərlər