HƏMAS-ın 100-dən çox israillini girov saxladığı bildirilir

HƏMAS-ın 100-dən çox israillini girov saxladığı bildirilir Fələstinin HƏMAS radikal təşkilatı Qəzza zolağında 100-dən çox israillini girov saxladığını bildirib.
Bunu təşkilatın liderlərindən biri olan Musa Əbu Mərzuk deyib.
Onun sözlərinə görə, HƏMAS silahlıları, xüsusilə yüksək rütbəli hərbi rəhbərləri əsir götürüblər.
Bundan əvvəl “İslami Cihad” hərəkatı 30-dan çox İsrail vətəndaşının əsirlikdə olduğunu bildirmişdi.
Qeyd edək ki, oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından hücumu nəticəsində çoxlu sayda insan həlak olub. Ölkədə “müharibə vəziyyəti” elan edilib.

Tehsil-press.az


Oxşar xəbərlər