İsrail 200-dən çox insanın HƏMAS-ın əsirliyində olduğunu bildirib

İsrail 200-dən çox insanın HƏMAS-ın əsirliyində olduğunu bildirib Dəqiqləşdirilmiş məlumatlara görə, Qəzza sektorunda HƏMAS-ın əlində azı 203 əsir var.
“The Times of Israel” nəşri bu barədə İsrail müdafiə ordusunun (SAXAL) nümayəndəsi kontr-admiral Daniel Haqariyə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, bu son rəqəmlər deyil, belə ki, SAXAL əsirlikdə olan İsrail və xarici ölkə vətəndaşları haqqında məlumatlar toplamaqda davam edir. İsrail Ordusunun nümayəndəsi, həmçinin HƏMAS-ın hücumu nəticəsində 306 hərbçinin həlak olduğunu bildirib.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Kassam” briqadasının İsrailin nəzarətində olan ərazilərə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət kəskinləşib. İsrail tərəfi HƏMAS-ın hücumuna cavab olaraq Qəzza sektoruna, Livan və Suriyanın ayrı-ayrı rayonlarına zərbələr endirməyə başlayıb.

Tehsil-press.az


Oxşar xəbərlər