Qəzzada ölənlərin sayı 53-ə çatdı - Yenilənib

Qəzzada ölənlərin sayı 53-ə çatdı - Yenilənib Qəzza Zolağında İsrail və “Həmas”ın qarşılıqlı raket zərbələri davam edir.
İsrail qırıcıları “Əl-Əqsa” televiziya kanalının binasını vurublar.
Dağıntılar səbəbindən kanalın yayımı bir müddət dayanıb, daha sonra başqa mərkəzdən davam etdirilib.
Qeyd edək ki, İsrailin Qəzzaya atdığı raket zərbələri nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.
“Həmas”ın İsrailə atdığı 200 raketdən çoxu hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib, 60-ı hədəflərə çatıb. Məlumata görə, elektrik stansiyası, ev, obyektlər və bir avtobusun vurulduğu deyilir. “Həmas” avtobusda 1 ölü, 21 yaralının olduğunu bilirsə də, İsrail avtobusun boş olduğunu açıqlayıb.


Oxşar xəbərlər