HƏMAS-ın hücumları nəticəsində yaralanan israillilərin sayı 5 mini keçdi

HƏMAS-ın hücumları nəticəsində yaralanan israillilərin sayı 5 mini keçdi HƏMAS-ın hücumları nəticəsində yaralanan israillilərin sayı 5007 nəfərə çatıb.
Bu haqda İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.
“Bu günə qədər 5007 qurban xəstəxanalara çatdırılıb”, - nazirlik bildirib.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Tehsil-press.az


Oxşar xəbərlər