Aİ büdcəsini yeniləmək üçün bütün 27 üzv dövlətin dəstəyi lazımdır

Aİ büdcəsini yeniləmək üçün bütün 27 üzv dövlətin dəstəyi lazımdır Rusiyayönlü baxışları ilə tanınan Macarıstan və Slovakiyanın baş nazirləri Viktor Orban və Robert Fiko Aİ-nin Ukraynaya 50 milyard avroluq yardım ayrılmasına mane olub. Bu barədə “Politico” müzakirələrlə tanış olan diplomata istinadən yazır.
Belə ki, mənbənin sözlərinə görə, Orban Aİ-nin dəstəyinin işləmədiyini deyib, Slovakiyanın yeni seçilmiş baş naziri Fiko Ukraynadakı korrupsiya problemlərinə toxunub.
Qeyd olunur ki, büdcəni yeniləmək üçün bütün 27 üzv ölkənin dəstəyi tələb edilir. Əvvəllər Brüssel bu məsələdə yalnız Macarıstanın şiddətli müqaviməti ilə üzləşirdisə, indi Slovakiya da ona qoşulub.
Eyni zamanda, blokun büdcəsinin yenilənməsi ilə bağlı qərar ilin sonuna qədər verilməlidir, çünki Aİ-nin Ukrayna üçün hazırkı maliyyələşdirməsi elə həmin vaxt başa çatmalıdır.
Eyni zamanda, “Azadlıq” radiosu öz mənbələrinə istinadən xəbər verir ki, Aİ liderlərinin sammitində müzakirələr zamanı Ukraynaya 50 milyard avroluq makromaliyyə yardımının ayrılmasına qarşı çıxan yeganə şəxs Macarıstanın baş naziri Viktor Orban olub.
Avropa Şurasının sədri Çarlz Mişel deyib ki, Aİ liderləri Ukraynaya birlik və “sarsılmaz” dəstək nümayiş etdirməkdə “qətiyyətlidir”.
Mişel qeyd edib ki, Ukraynaya maliyyə yardımı üçün geniş dəstək var. Macarıstan və Slovakiyanın Kiyevin maliyyələşdirilməsini şübhə altına alması ilə bağlı suala cavab olaraq Şura sədri bildirib ki, Aİ qərarların konsensus əsasında qəbul edilməsinə əmin olmalıdır və sammitlərin funksiyası liderləri inandırmaq və nəticədə birlik tapmaqdır.
Bu yaxınlarda Avropa Parlamenti növbəti dörd il ərzində Ukraynaya 50 milyard avroya qədər məbləğdə makromaliyyə yardımının göstərilməsini nəzərdə tutan Ukrayna Mexanizminin yaradılması təşəbbüsünü dəstəkləyib.

Tehsil-press.az


Oxşar xəbərlər