Asteroid canlı aləmin dörddə üçünün, o cümlədən dinozavrların yox olmasına səbəb olub

Asteroid canlı aləmin dörddə üçünün, o cümlədən dinozavrların yox olmasına səbəb olub Dinozavrların nəsli necə kəsildi? Yeni bir araşdırmaya görə, asteroid tozu dinozavrların məhvinə səbəb olub.
Məlum olub ki, 66 milyon il əvvəl indiki Meksikanın sahillərinə düşən asteroid canlı aləmin dörddə üçünün, o cümlədən dinozavrların yox olmasına səbəb olub. Bununla belə, asteroidinin yaratdığı fenomenin dəqiq təbiəti hələ də müzakirə mövzusu olaraq qalır.
Ən son nəzəriyyələr, nəhəng yanğınlar nəticəsində yayılan kükürdün və ya külün günəş işığının qarşısını alması və dünyanı uzun bir qışa sürükləməsi olmuşdur.
Bazar ertəsi dərc edilən bir araşdırma daha əvvəlki nəzəriyyəyə yeni nəfəs verdi. Araşdırmaya görə asteroidin havaya sovurduğu toz uzun müddət səmanı qaraltmışdı. İncə silisium tozu, toz halına salınmış qum on beş il atmosferdə qala bilərdi.
«Nature Geoscience» jurnalında dərc edilən araşdırmaya görə, işığın olmaması orta temperaturun 15 dərəcə Selsiyə qədər azalmasına səbəb olur.
1980-ci illərdə Luis və Walter Alvarez adlı ata-oğul komandası asteroidin Yer kürəsini tozla örtüb iqlimi dəyişməsindən sonra dinozavrların nəsli kəsildiyini irəli sürmüşdü. Bu nəzəriyyə, on il sonra Meksikanın Yucatan yarımadasında asteroid tərəfindən törədilən nəhəng krater aşkarlanana qədər şübhə ilə qarşılanırdı.
Belçika Kral Rəsədxanasının tədqiqatçısı Özgür Karatekin isə bildirib ki, tozdan çox kükürdün iqlimi dəyişdirmiş ola biləcəyi nəzəriyyəsi bu tozun "atmosferdə qalmaq üçün uyğun ölçüdə olmadığı" düşünüldüyü üçün daha çox yer alıb.

Tehsil-press.az



Oxşar xəbərlər