Polşa Müdafiə Nazirliyi yeni piyada diviziyasının formalaşdırıldığını elan edib.
Polşanın müdafiə naziri Mariuş Blaşak Varşava yaxınlığında yerləşən Nove-Miasto-nad-Pilicą şəhərində 8-ci piyada diviziyasının formalaşdırılması barədə qərarı imzalayıb. Yeni hərbi birləşmənin qərargahı həmin şəhərdə dislokasiya olunacaq.
Nazir qeyd edib ki, dörd komponentli model əsasında yaradılan diviziyaya iki mexanikləşdirilmiş briqada, motoatıcı briqada, artilleriya briqadası, maddi-texniki təminat polku, tank əleyhinə birləşmə, zenit polku, komanda taboru, kəşfiyyat taboru və kimya qoşunları taboru daxil ediləcək. Mariuş Blaşakın sözlərinə görə, yeni qoşun birləşməsi ən müasir texnika ilə silahlanacaq.
Xatırladaq ki, Polşanın müdafiə naziri 2035-ci ilədək Silahlı Qüvvələrin şəxsi heyətinin sayının artırılaraq 300 minə çatdırılacağını elan edib.
Tehsil-press.az