Polşa hərbi təlimlərə yeniyetmələri də cəlb etdi

Polşa hərbi təlimlərə yeniyetmələri də cəlb etdi Polşa yetkinlik yaşına çatmayanlar da daxil olmaqla 8000 könüllü üçün hərbi təlim keçirəcək.
15-65 yaş arası minlərlə Polşa vətəndaşı bu qış hərbi təlim keçəcək.
Polşanın müdafiə naziri Mariuş Blaşçakın sözlərinə görə, qış mövsümündə həmin yaş qrupunda olan ümumilikdə 8000 könüllü təlimdə iştirak etməlidir.
O bildirib ki, Polşa hökuməti gündəlik səkkiz saatlıq dərsləri tədris etmək üçün hər əyalətdə ən azı bir hərbi təlim kursu açmağı hədəfləyir.
Qeyd edək ki, yetkinlik yaşına çatmayanların valideyni və ya qanuni qəyyumu təlimləri müşayiət edə bilər.

Tehsil-press.az


Oxşar xəbərlər