Polşa Ukraynadakı müharibədə Almaniyanı günahlandırıb

Polşa Ukraynadakı müharibədə Almaniyanı günahlandırıb Polşanın Baş nazirinin müavini və milli müdafiə naziri Mariuş Blaşak Almaniyanı Putinə Ukraynada müharibəyə başlamağa imkan verən maliyyə bazası qurmaqda günahlandırdı.
Blaşakın sözlərinə görə, Almaniya illərdir Putini dəstəkləyir.
O: "Şübhə yoxdur ki, Rusiyaya maliyə və digər yardımlar göstərən Almaniya bununla da Putinin Ukraynaya hücum etməsinə şərait yaratdılar",- deyib.
Blaşak, Alman siyasətində dəyişikliklərinin olduğunu və bunun nə qədər davam edəcəyini hələlik bilmədiyini söyləyib.
Onun sözlərinə görə bütün bunlar Ukraynaya tank tədarükündə olduğu kimi kənardan təzyiq tələb edir.
Blaçak həmçinin bildirib ki, Rusiya Ukraynanı ələ keçirsə, əlbəttə ki, dayanmayacaq və digər dövlətləri də işğal etmək niyyətinə düşəcək.
Bundan əlavə, nazir Polşa muzdlularının Ukraynadakı müharibədə iştirakının problem sayılmadığını bildirdi.

Tehsil-press.az

Oxşar xəbərlər