78 yaşlı aktrisa 22 illik sevgilisi ilə evləndi

78 yaşlı aktrisa 22 illik sevgilisi ilə evləndi Türkiyənin tanınmış aktrisası Zerrin Sümer 8 ay əvvəl evləndiyini etiraf edib.
78 yaşlı aktrisa bunu evlilik proqramında açıqlayıb.
Belə ki, Zerrin 22 ildir münasibətdə olduğu sevgilisi ilə ailə həyatı qurub. Sümer illər əvvəl ağır xəstəliyə düçar olanda kimisə həyatına daxil etmək qərarına gəldiyini və bir neçə ildən sonra indiki həyat yoldaşı ilə tanış olduğunu açıqlayıb. Həyat yoldaşının özü ilə yaşıd olduğunu bildirən Sümer 22 illik birlikdəlikdən sonra evlənməyə qərar verdiklərini deyib.
Aktrisa bildirib ki, adını gizli saxladığı həyat yoldaşı ilə illərdir ki, birlikdə yaşayırlar və ümid edirlər ki, evliliklərində çox xoşbəxt olacaqlar.
Qeyd edək ki, “Zuğurt Ağa”, “Bir Demet Tiyatro”, “Sefirin Kızı” kimi bir çox məşhur layihələrdə rol alan aktrisa hazırda “Ömər” serialında Nezahat obrazını canlandırır. O, daha əvvəl Günay Tuncellə ailəli olub və boşanıb, bir övladı var.

Tehsil-press.az




Oxşar xəbərlər