İtaliya Qəzzaya xəstəxana gəmisi göndərib

İtaliya Qəzzaya xəstəxana gəmisi göndərib İtaliya donanmasına məxsus xəstəxana gəmisi Qəzzada yaralılara tibbi yardım göstərilməsi üçün bölgəyə yola düşüb.
İtaliyanın müdafiə naziri Quido Krosetto ölkəsinin Fələstin xalqına yardımlarını davam etdirdiyini, gəminin müharibədən zərər çəkmiş bölgələrə yaxın ərazidə olacağını bildirib.
“Gəmidə ümumilikdə 170 personal olacaq və onlardan 30-u fövqəladə vəziyyətlərin idarə olunmasında ixtisaslaşan peşəkar mütəxəssisdir”, - deyə nazir əlavə edib.
Əməliyyat otaqları və tibbi ləvazimatlarla təchiz olunan “Vulcano“ adlı gəmi noyabrın 8-də İtaliyanın Sivitaveççiya limanından yola düşüb.
Qeyd edək ki, münaqişə başlayandan sonra İtaliya yük təyyarələri ilə Qəzzaya humanitar yardımlar göndərib.

Tehsil-press.az


Oxşar xəbərlər