İki ABŞ rəsmisi Yaxın Şərqdə xidmət edən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi Yəmən sahilləri yaxınlığında çoxlu raketlər aşkar edildiyini açıqlayıb.
«CNN»-nin adı açıqlanmayan iki amerikalı rəsmiyə əsaslanan hesabatına görə, Yaxın Şərqdə xidmət edən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi Yəmən yaxınlığında hədəfləri məlum olmayan çoxsaylı raketləri aşkar edib və bloklayıb.
Rəsmilərdən biri bildirib ki, raketlər Yəməndə İranın dəstəklədiyi husilər tərəfindən atılıb. Digər tərəfdən, İran dövlət televiziyası Qəzzaya hücumları dayandırılmazsa, Tehranın “müqavimət qüvvələri” adlandırdığı bölgədəki müttəfiqlərinin İsrailə necə hücum edə biləcəyini izah edən xəbər dərc edib.
Xəbərlərdə İsrailin şimaldan Hizbullah, şərqdən İraq və Suriyadakı milis qüvvələri, cənubdan isə Yəməndə husilər tərəfindən raket və pilotsuz uçuş aparatları ilə eyni vaxtda hədəf alınacağı bildirilib. İran dəfələrlə İsrailin Qəzzaya hücumlarını dayandırmaq üçün ən yüksək səviyyədə çağırış edib.
İran lideri Ayətullah Əli Xamenei çıxışında İsrailin hücumlarının davam edəcəyi təqdirdə “müqavimət qüvvələrinin” hərəkətə keçəcəyini bildirib.
Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün verdiyi açıqlamada İsrail-Fələstin münaqişələrinin bölgəyə yayılma ehtimalına diqqət çəkib.
Tehsil-press.az