Yaxın Şərqdə silahlar dayanmalıdır. Bu, heç vaxt sülh gətirməyəcək və münaqişə genişlənməməlidir.
Bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Müqəddəs Pyotr meydanında ənənəvi “Angelus” duası zamanı çıxışında deyib.
“Fələstində və İsraildə vəziyyət çox ciddidir. Münaqişədən əziyyət çəkənlərə, fələstinlilərə və israillilərə yaxınlığımı bildirirəm. Bu qaranlıq anda onları qucaqlayıram və çox dua edirəm. İstər xristian, istər yəhudi, istər müsəlman, hər hansı xalqdan və dindən olan hər bir insan müqəddəsdir, Allah yanında əzizdir və sülh içində yaşamaq hüququna malikdir”, - deyə Papa Fransisk vurğulayıb.
Roma Papası Qəzzaya humanitar yardımların davam etdirilməsinə və girovların azad olunmasına çağırış edib: “Qəzzada yaralılara təcili yardım göstərilməli, mülki şəxslər qorunmalı və bu tükənmiş əhaliyə daha çox humanitar yardım çatdırılmalıdır. Aralarında çoxlu qoca və uşaqların da olduğu girovlar azad edilməlidir. Ümidimizi itirməyək, dua edək və yorulmadan çalışaq ki, insanlıq hissi qəlblərin sərtliyindən üstün olsun”.
Tehsil-press.az