Papa Fransisk Rusiyanı taxıl sazişini bərpa etməyə çağırıb

Papa Fransisk Rusiyanı taxıl sazişini bərpa etməyə çağırıb Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Rusiyanı taxıl sazişinin fəaliyyətini bərpa etməyə çağırıb.
Papa Fransisk taxılın mühüm qida məhsulu və bəşəriyyətin qidalanması üçün Tanrının hədiyyəsi olduğunu bildirib. Milyonlarla insanın aclıqdan əziyyət çəkdiyini qeyd edən Roma Katolik Kilsəsinin rəhbəri Rusiya hakimiyyət orqanlarını taxıl sazişinin fəaliyyətini bərpa etməyə çağırıb və taxılın təhlükəsiz daşınmasının təmin olunmasının vacibliyini vurğulayıb.
Papa Fransisk insanları Ukrayna üçün dua etməyi dayandırmamağa səsləyib, müharibənin taxıl da daxil olmaqla hər şeyi məhv etdiyini deyib.

Tehsil-press.az



Oxşar xəbərlər