Papa Fransisk: Liviya və Mərakeşdə zərərçəkənlər üçün dua edək

Papa Fransisk: Liviya və Mərakeşdə zərərçəkənlər üçün dua edək Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk şiddətli daşqınlara məruz qalmış Liviyada, eləcə də Mərakeşdə zəlzələdən zərərçəkənlər üçün dua etdiyini deyib.
Roma Papası insanları daşqınlardan və zəlzələdən əziyyət çəkənlər üçün dua etməyi və və konkret dəstəklərlə onlara yaxın olmağa çağırıb.
“Liviya əhalisi, daşqınlara səbəb olan və çoxsaylı ölüm və yaralanmalara, eləcə də böyük dağıntılara səbəb olan şiddətli yağışlardan zərərçəkmiş qardaş və bacılarımızla həmrəyliyimizi əskik etməyək. Mərakeş üçün dua edirik, sakinlər üçün dua edirik. Tanrı bu dəhşətli fəlakətlərdən əziyyət çəkənlərə güc versin”, - deyə Papa Fransisk vurğulayıb.
Roma Katolik Kilsəsinin rəhbəri, həmçinin fikrinin və qəlbinin həmişə Ukrayna xalqının yanında olduğunu bildirib. O, hər kəsin dünyada sülh üçün dualara davam etməsini xahiş edib.

Tehsil-press.az



Oxşar xəbərlər