Roma Papası Niger böhranını sülh yolu ilə həll etməyə çağırıb

Roma Papası Niger böhranını sülh yolu ilə həll etməyə çağırıb Roma Papası Fransisk bazar günü Nigerdəki böhranın tez və sülh yolu ilə həllinə çağırıb.
“Dünya ictimaiyyətinin sülh yolu ilə həll yolu tapmaq səylərini dəstəkləyirəm. O, mümkün qədər tez tapılmalıdır, çünki hamı bunda maraqlıdır", - pontifik dindarlara müraciət edərək deyib.
"Mən Nigerdə baş verənləri narahatlıqla izləyirəm", - deyə Papa Fransisk sözlərinə əlavə edib.
Onun bu çağırışı Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin Nigerdəki böhranı başqa vasitələrlə həll edə bilməyəcəyi təqdirdə, bu ölkədə hərbi əməliyyata başlamaq planları fonunda səslənir.

Tehsil-press.az



Oxşar xəbərlər