11 ildən sonra ilk dəfə - Rəisi ilə Sisi görüşdü

11 ildən sonra ilk dəfə - Rəisi ilə Sisi görüşdü İran Prezidenti İbrahim Rəisi Ər-Riyadda Misir Prezidenti Əbdülfəttah Sisi ilə görüşüb.
Prezidentlər İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət başçılarının Qəzzadakı vəziyyətlə bağlı fövqəladə iclası çərçivəsində görüşüblər.
Misir Prezidenti Sisi İsrail-Fələstin hadisələrində ölkəsinin daha çox əziyyət çəkdiyini bildirib. İran Prezidenti isə Qəzza xalqına humanitar yardımın çatdırılması üçün Misirin əməkdaşlığı ilə Rəfah Sərhəd Qapısının dərhal və qeyd-şərtsiz açılmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, iki liderin görüşü ilk dəfədir baş tutur. Çevriliş nəticəsində devrilmiş Misirin mərhum prezidenti Məhəmməd Mursi ilə İranın keçmiş prezidenti Mahmud Əhmədinejad arasında 2013-cü ilin fevralında görüş olub.

Tehsil-press.az



Oxşar xəbərlər