Misirin Asuan əyalətindəki Əbu-Simbel rayonunda avtobusun qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşması və yanması nəticəsində azı 10 nəfər ölüb, 14 sərnişin yaralanıb.
Qəzada ölənlərin 4 nəfəri Fransa, biri isə Belçika vətəndaşıdır. Yaralıların da 12-si fransız və belçikalı turistlərdir. Misirin Baş Prokurorluğu insidentlə bağlı cinayət işi qaldırıb, polis hadisənin baş verdiyi ərazidə təhqiqat aparır.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi həlak olanların ailələrinə və yaxınlarına başsağlığı mesajı yayımlayıb, yaralı turistlərin müalicəsi üçün müvafiq strukturlara tapşırıq verib.
Tehsil-press.az