ADA Universitetində “Böyük Qayıdış”la bağlı “fokus-qrup” müzakirə keçirilib

ADA Universitetində “Böyük Qayıdış”la bağlı “fokus-qrup” müzakirə keçirilib ADA Universitetinin Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu ilə birgə həyata keçirdiyi “İşğaldan azad edilmiş ərazilərə əhalinin geri qayıdışının və reinteqrasiyasının təmin edilməsi məqsədilə məcburi köçkünlər arasında sosioloji sorğunun keçirilməsi və ilkin proqnozların hazırlanması” layihəsi davam edir.
Layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının “Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması” prioritet istiqamətinin “Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili” fəaliyyət istiqaməti üzrə həyata keçirilir.
Layihə çərçivəsində ADA Universitetində gənclərin iştirakı ilə “fokus-qrup” müzakirə keçirilib. Müzakirədə fəal şəkildə iştirak edən 10 gənc köç prosesinin təşkili, Qarabağda məskunlaşma və qayıdışdan sonrakı mərhələ ilə bağlı gözləntilərini bölüşüblər. Reprezentativlik cəhətdən Ağdam, Kəlbəcər, Laçın və Şuşa bu “fokus qrup”da təmsil olunub.

Tehsil-press.az

Oxşar xəbərlər