Emin Əmrullayev: İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 200-dək məktəbin tikilməsi planlaşdırılıb

Emin Əmrullayev: İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 200-dək məktəbin tikilməsi planlaşdırılıb İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 200-dək müasir məktəbin tikilməsi planlaşdırılıb və bu, müvafiq dövlət qurumları ilə birgə həyata keçirilir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Elm və Təhsil Nazirliyinin şagirdlər arasında təşkil etdiyi “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində söyləyib. E.Əmrullayev işğaldan azad olunmuş ərazilərdə hazırda bərpa-quruculuq işlərinin davam etdirildiyini və müasir standartlara uyğun məktəblərin tikildiyini söyləyib. Nazir Şuşa, Laçın, Füzuli, Suqovuşan qəsəbəsi, Cəbrayıl, Zəngilan və Kəlbəcərdə tikiləcək və istifadəyə veriləcək məktəblər, layihələndirmə işləri haqqında məlumatları diqqətə çatdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər