“Bu, son dərəcə narahatedicidir” - Putin

“Bu, son dərəcə narahatedicidir” - Putin “Minlərlə insanın ölümü, mülki əhalinin kütləvi deportasiyası və bunun nəticəsində yaranan humanitar fəlakət son dərəcə narahatedicidir”.
Bu fikirləri Rusiya Prezidenti Vladimir Putin İsrail-HƏMAS münaqişəsindən danışarkən bildirib.
Qəzzada çox sayda uşağın həyatını itirdiyini bildirən Putin, “Bu, qorxunc bir şeydir”, - deyə vəziyyəti ifadə edib.
Putin regionda baş verənlərə görə ABŞ-ni günahlandırıb və deyib:
“Bütün bu hadisələr əslində ABŞ-nin Fələstin-İsrail münaqişəsində vasitəçilik mövqeyini monopoliyaya almaq və Yaxın Şərqdəki fəaliyyətə mane olmaq istəyinin birbaşa nəticəsidir”, - deyə Putin vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər