“Ermənistana silah tədarükü ilə bağlı yayılan məlumatlar yalandır” - Qazaxıstan MN

“Ermənistana silah tədarükü ilə bağlı yayılan məlumatlar yalandır” - Qazaxıstan MN “Ermənistan Respublikasına guya Qazaxıstan silahlarının tədarükü ilə bağlı yayılan məlumatlar reallığa uyğun gəlmir”.
Bu barədə ölkənin Müdafiə Nazirliyi bəyanat yayıb.
Nazirlik həmçinin əlavə edib ki, 2022-ci ildən respublikada silah və hərbi texnikanın ixracına qadağa qoyulub.
Portalın məlumatına görə, bundan əvvəl sosial şəbəkələrdə və bəzi saytlarda Qazaxıstanın Ermənistana hərbi texnika verməsi barədə xəbər yayılıb.

Tehsil-press.az





Oxşar xəbərlər