ADNSU-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilir

ADNSU-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilir Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Neft-Qaz yataqlarının axtarış problemləri və perspektivləri” mövzusunda respublika elmi konfransı başlanıb.
ADNSU, Elm və Təhsil Nazirliyi, Neft və Qaz İnstitutu, gənc alim və mütəxəssislərin birgə təşkilatçılığı ilə keçirilən elmi konfransın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi anılıb.
Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov Ümummilli Lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, Ulu Öndərin Azərbaycanda digər sahələrlə yanaşı, neft sənayesinin inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.
V.Əskərov konfransın yeni neft-qaz yataqlarının axtarışı və istismarı üzrə tədqiqat aparan gənc alim və mütəxəssislərin elmi və nəzəri təcrübələrinə mühüm töhfə verəcəyinə əminliyini vurğulayıb.
Neft və Qaz İnstitutunun direktoru akademik Fəxrəddin Qədirov Ümummilli Lider Heydər Əliyevin uğurlu neft strategiyasından bəhs edib.
Sonra ADNSU-nun elmi işlər üzrə prorektoru professor Lətafət Qardaşova, Neft və Qaz İnstitutunun direktor müavini professor Vaqif Qurbanov və Geoloji-kəşfiyyat fakültəsinin dekanı dosent Naməd Paşayev konfransın neft–qaz yataqlarının geologiyasının müasir problemləri və perspektiv istiqamətlərinin öyrənilməsi və araşdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib və məruzələrin elmi aktuallığından danışıblar.
Sonra məruzələr dinlənilib.

Tehsil-press.az



Oxşar xəbərlər