Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan sənayesinin inkişafı” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyulub, xatirəsi ehtiramla anılıb.
Tədbirdə çıxış edən ADNSU-nun rektoru professor Mustafa Babanlı Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında tarixi xidmətlərindən danışıb.
Dahi şəxsiyyət Heydər Əliyev irsinin əhəmiyyətini vurğulayan rektor Mustafa Babanlı Ulu Öndərin ölkə sənayesinin və iqtisadiyyatının inkişafının əsaslı təməlini qoyduğunu deyib.
Milli Məclisin deputatları Ziyad Səmədzadə, Cavanşir Feyziyev, Azər Badamov, Azər Kərimli və Məşhur Məmmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizdə, o cümlədən sənaye sahələrində qazanılan uğurlardan bəhs ediblər.
Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev qurub-yaratdığı müasir müstəqil Azərbaycan dövlətini inkişaf etdirib dünyaya tanıtdı. Ümummilli Liderin siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Ölkəmizin nüfuzu beynəlxalq aləmdə daha da yüksəlib.
Tehsil-press.az