ADNSU-da ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə kitab sərgisi təşkil edilib

ADNSU-da ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə kitab sərgisi təşkil edilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Azİİ Elektron Kitab Evi”ndə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Ümummilli lider Heydər Əliyev” adlı kitab sərgisi təşkil edilib.
Sərgidə ulu öndər Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı müstəsna xidmətlərindən bəhs edən, dahi rəhbərin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, sosial, iqtisadi, elmi, mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranmasını əks etdirən kitablar, jurnallar və digər nəşrlər yer alıb.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər