Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən tədbir keçirilib. Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Əlyazmalar İnstitutunun direktoru, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli ümummilli lider Heydər Əliyevin Azərbaycanın siyasi və iqtisadi cəhətdən güclənməsində göstərdiyi xidmətlərindən danışıb. Vurğulayıb ki, Ulu Öndər bütün fəaliyyəti boyu Azərbaycan elminin inkişafında da müstəsna xidmətlər göstərmiş bir siyasi xadim olub.
İnstitutun elmi işlər üzrə direktor müavini, professor Paşa Kərimov və elmi katibi, dosent Əzizağa Nəcəfov Ümummilli Liderin bütün sahələrdə olduğu kimi, Azərbaycan elminə, elm adamlarına göstərdiyi diqqət və qayğıdan, onun uzaqgörən siyasətinin uğurlu nəticələrindən danışıblar.
Daha sonra Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyevanın “Ümummilli lider Heydər Əliyev və gənclər siyasəti” mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə filologiya üzrə elmlər doktoru Kamandar Şərifov ümummilli lider Heydər Əliyevin Əlyazmalar İnstitutuna göstərdiyi diqqət və qayğıdan danışıb.
Tehsil-press.az