“İqtisadiyyatın idarə edilməsinin müasir problemləri və perspektivləri” mövzusunda konfrans başa çatıb

“İqtisadiyyatın idarə edilməsinin müasir problemləri və perspektivləri” mövzusunda konfrans başa çatıb Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İqtisadiyyatın idarə edilməsinin müasir problemləri və perspektivləri” mövzusunda respublika elmi konfransı başa çatıb.
Konfransda mövzu ilə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb.
Tədbirin bağlanış mərasimində çıxış edən ADNSU-nun elmi işlər üzrə prorektoru professor Lətafət Qardaşova universitetdə elmin, təhsilin inkişafı üçün həyata keçirilən layihələrdən bəhs edib.
Sonra bölmə rəhbərlərinin hesabatları dinlənilib.
Konfransda fərqlənən iştirakçılara sertifikatlar verilib.

Tehsil-press.az



Oxşar xəbərlər