Fransa Senatı Ermənistana CAESAR tipli artilleriya qurğuları, MİSTRAL raket kompleksi göndərmək barədə qərar qəbul edib.
Bu barədə “Armenpress” portalı Fransa Senatının hesabatına istinadla məlumat yayıb.
Fransa Ermənistana 2023-cü ildə hərbi yardım göndərməyə söz verib. Senatın hesabatında deyilir ki, bu silahların, eləcə də yeni hava hücumundan müdafiə sistemlərinin Ermənistana verilməsindən əsas məqsəd rəsmi İrəvana, guya mülki vətəndaşlarını və sərhədlərini qorumağa kömək göstərməkdir.
Portal yazır ki, bundan əvvəl isə Ermənistan prezidenti Vaqan Xaçaturyan “France2” telekanalına müsahibəsində ölkəsinə Rusiyanın əvəzində başqa hərbi tərəfdaş lazım olduğunu bildirib. Onun sözlərinə görə, Fransa bu sahədə Ermənistana yardım etməyə hazır olduğunu bəyan edən ilk ölkədir.
Tehsil-press.az