Xarici və daxili siyasətdə uğursuzluğa düçar olan Fransanın əsl siması Ermənistan-Azərbaycan münaqişəsinin həllindən sonra tam şəkildə üzə çıxdı. Özünü demokrat, insan haqlarının müdafiəçisi kimi göstərməyə çalışan Fransa prezident Emmanuel Makronun timsalında artıq əsl mahiyyətini ortaya qoyub.
ATƏT-in keçmiş Minsk qrupu çərçivəsində 30 il münaqişənin həllində guya vasitəçilik edən Yelisey sarayı 44 günlük müharibə zamanı və ondan sonrakı illər ərzində birtərəfli qaydada işğalçı dövlətin yanında durdu.
Fransa bu gün də bölgədə gərginliyi artırır, müharibədə kapitulyasiya aktına imza atan Ermənistana müasir silahlar verməklə onu yenidən müharibəyə sövq etməyə çalışır. Bundan başqa, rəsmi Paris dəfələrlə beynəlxalq təşkilatlarda Azərbaycana qarşı uğursuz sanksiyaların qəbul edilməsinə cəhdlər göstərib. Əslində, Fransa Ermənistana qarşı da səmimi deyil. Fransa hakimiyyətinin nə ermənilərə xüsusi rəğbəti var, nə də onların rifahı üçün çalışır. Əksi olsaydı, Fransa bu gün Cənubi Qafqazda sülh yaranmasında maraqlı olardı. Paris 3 ildir ki, məhz Makronun sayəsində birtərəfli qaydada Ermənistanın yanında dayanıb. Ermənistan uğrunda Rusiya ilə mübarizəyə qoşulan Makron rəsmi İrəvandan öz çirkin məqsədləri üçün istifadə edir, onu silahlandırıb ərazisində hərbi kontingent yerləşdirməyə çalışır. Ermənistan da anlamır ki, Yelisey sarayında hazırlanan “erməni planı” özlüyündə riyakar, çirkin hədəfləri nəzərdə tutur. Bu plan onun məhvinə hesablanıb. İrəvan-Paris hərbi sazişi isə onun çöküşünü sürətləndirəcək.
Bəs, Ermənistan üçün Fransa silahı nə deməkdir, onun özünün iddia etdiyi kimi təhlükəsizliyini təmin edəcəkmi? Erməni cəmiyyətində artıq bu məsələdə pessimizm hökm sürür. Yerli mediada dərc olunan materiallarda da fransız silahının ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsində əhəmiyyətslizliyi əsas xətt kimi keçir. Məsələn, “Yerkramas” nəşrinin fransız-erməni hərbi əməkdaşlığına həsr olunan araşdırmasında əsas tezis bundan ibarətdir. Qeyd olunur ki, İrəvanın Moskva ilə hərbi ittifaq sazişi imzalayacağı məsələsi puç olub. Lakin Rusiya Ermənistanla Azərbaycan arasında yaşanan münaqişəyə müdaxilə etməməklə İrəvanın ümidlərini məhv etdi. Daha heç kim hərbi sazişdən danışmır. Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbə üz tutması ilə də məsələ kökündən dəyişib. İrəvan artıq Moskvanı Paris və Delhi ilə əvəzləyib. Hər iki ölkə - Fransa və Hindistan Ermənistana hərbi attaşe təyin edib, silah tədarükünü təsdiq ediblər.
Nəşr yazır ki, Fransa radarları və hava hücumundan müdafiə vasitələrinin effektiv olacağı bir sıra faktorlardan asılı olacaq. Ən əsası, bunun üçün yeni müharibənin baş verməsi lazımdır. Ermənistan isə yeni müharibəyə başlamağa cürət edəcək halda deyil.
Rusiyalı politoloq Dmitri Trenin də bu qənaətdədir. O, Ermənistan mətbuatına müsahibəsində bildirib ki, bu sistemlərin işlək olmayacağını təsdiq edən əsas faktorlardan biri Cənubi Qafqazın relyefidir. Məsələn, Ukrayna düzənlik, Qafqaz isə dağlardan ibarətdir. Digər rusiyalı ekspert Dmitri Stefanoviç isə Fransa hərbi texnikasının Rusiya silahından daha keyfiyyətli olması fikri ilə razılaşmır: “Bu, Qərb təbliğat maşınının ortaya atdığı fikirdir”.
Erməni nəşri bu qənaətə gəlir ki, Fransanın radar sistemlərinin ölkə üçün heç bir effekti olmayacaq.
“Mən başa düşmürəm ki, Ermənistanda aşağı hündürlükdə hədəfləri vura bilən üç fransız radarının və insan daşına bilən zenit-raket komplekslərinin alınması ilə bağlı niyə belə hay-küy qaldırılıb? Onları rus istehsallı “İqla” və “Verba” ilə müqayisə etmək olar. Radarlara gəlincə, onların etibarlı örtüyü yoxdur. Elektron döyüş, hava hücumundan müdafiə raketləri və s. təyyarələr üçün asan hədəfə çevriləcək. Bunlar yalnız hədəfləri müəyyən etməyə qadir olan radarlardır, onları sıradan çıxarmaq iqtidarında deyil”, - deyə anonimlik şərti ilə vaxtilə Ermənistanın hərbi sənaye kompleksi məsələləri ilə məşğul olmuş keçmiş məmurlardan biri VERELQ nəşrinə bildirib.
Xatırladaq ki, Fransa və Ermənistan arasında imzalanan hərbi sazişə görə, Paris İrəvana “Thales” şirkətinin istehsalı olan üç “Ground Master 200” (GM200) radar sistemi və “Mistral” yaxınmənzilli hava hücumundan müdafiə sistemləri verəcək. "Bu silahlar müdafiə xarakterlidir" deməklə rəsmi Paris Ermənistanı başqa ölkəyə qarşı silahlandırmadığını göstərməyə çalışır.
Beləliklə, Cənubi Qafqazda Fransanın təsiri və Ermənistanın əli ilə hərbi gərginlik riski artmaqdadır. Təəssüf doğuran hal ondan ibarətdir ki, Qərb qurumları da buna göz yumur. Qərbin söz sahibi olan nüfuzlu qurumları, dövlətləri anlamaq istəmirlər ki, bu siyasət Ermənistanın aqressiv iddialarının güclənməsinə gətirib çıxaracaq və bu da bütün regionun sabitliyini təhlükə altına salacaq.
Tehsil-press.az