MOSSAD iranlı terrorçuların yəhudilərə hücumunun qarşısını alıb

MOSSAD iranlı terrorçuların yəhudilərə hücumunun qarşısını alıb Kiprin təhlükəsizlik və hüquq-mühafizə orqanları Kəşfiyyat və Xüsusi Tapşırıqlar Nazirliyi (MOSSAD) ilə əməkdaşlıq edərək, Kiprdə İsrail və yəhudi hədəflərinə hücumlar həyata keçirməyi planlaşdıran İranın terrorçu infrastrukturunu ifşa edib. Bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Terrorla mübarizə tədbirləri çərçivəsində Kiprdə təhlükəsizlik qüvvələri İranın günahsız insanlara hücum və öldürmə planlarının ifşa edilməsinə səbəb olan çoxlu sayda məlumat əldə edib.
Qeyd edilir ki, oktyabrın 7-də şənbə günü HƏMAS-ın qanlı terror aktından sonra İran rejimi bütün dünyada terror fəaliyyətlərini gücləndirib. İran cinayətkar məqsədlərinə çatmaq üçün heç bir vasitədən istifadə etməkdən çəkinmir. MOSSAD kəşfiyyat və təhlükəsizlik sahəsində tərəfdaşları ilə birlikdə İsrail dövlətinin, onun vətəndaşlarının və bütün dünyadakı yəhudi xalqının müdafiəsini təmin edərək, İran və onun agentlərindən gələn terror təhlükəsini aradan qaldırmaq üçün davamlı və çoxşaxəli fəaliyyətini davam etdirir.

Tehsil-press.az


Oxşar xəbərlər