Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Senatının üzvləri ilə görüşdə onları Ukraynada ciddi korrupsiyanın olmadığına və bununla bağlı xəbərlərin Kiyevə yardım göstərilməsinə mane olmayacağına inandırmağa çalışıb.
Cənubi Dakotadan olan respublikaçı senator Mayk Roundsun sözlərinə görə, Zelenski senatorları Amerikanın vəsaitlərinin mənimsənilməyəcəyinə inandırmağa çalışıb. Senator, Ukrayna liderinin Kiyevin yardım şəklində almaq istədiyi dəqiq məbləği açıqlamayıb. Lakin bildirib ki, Ukrayna tez bir zamanda daha çox hava hücumundan müdafiə sistemi almalıdır.
Qeyd edək ki, Ukrayna Prezidenti Vaşinqtonda səfərdədir. Səfəri çərçivəsində, o, hər iki partiyanın senatorları və Nümayəndələr Palatasının spikeri olan respublikaçı Mayk Consonla görüşmək üçün bu gün ABŞ Konqresinə səfər edib. Zelenskinin daha sonra Ağ Evdə ABŞ Prezidenti Co Bayden ilə görüşəcəyi qeyd edilib.
Tehsil-press.az