Zelenski NATO sammitində Qərb silahlarının tədarükü məsələsini müzakirə etməyi planlaşdırır

Zelenski NATO sammitində Qərb silahlarının tədarükü məsələsini müzakirə etməyi planlaşdırır İyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammiti zamanı Ukrayna Prezidenti Volodimir Zelenski Qərb tərəfdaşları ilə Kiyevə silah və hava hücumundan müdafiə vasitələrinin tədarükü məsələsini müzakirə etmək niyyətindədir.
Bu barədə Ukrayna lideri teleqram kanalında videomüraciətində bildirib.
"Vilnüsdə müxtəlif səviyyəli ikitərəfli görüşlər planlaşdırılır. Bizim üçün prioritetlər göz qabağındadır - şəhərlərimizi hava hücumundan qorumaq”, - deyə Ukrayna Prezidenti qeyd edib.
Zelenski əlavə edib ki, o, NATO ölkələrindən Ukraynanın alyansa üzvlüklə bağlı aydın siqnal alacağına ümid edir.

Tehsil-press.az


Oxşar xəbərlər