Zelenski ABŞ-dan Ukrayna Ordusu üçün ən müasir silahlar istəyib

Zelenski ABŞ-dan Ukrayna Ordusu üçün ən müasir silahlar istəyib Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə danışıqlar aparıb. Ukrayna dövlətinin başçısı cəbhədə ukraynalıların ehtiyac duyduğu xüsusi silahlarla Makkartini tanışedib.
Bu barədə Ukrayna Prezidenti telegramda bildirib.
"Hərbi əməliyyatların gedişi və Ukraynanın zirehli texnika, uzun mənzilli artilleriya, hava hücumundan müdafiə və aviasiya sahəsindəki təcili müdafiə ehtiyacları barədə danışdı. Əmin etdi ki, Ukrayna Amerika yardımının hər Dolları barədə hesabat verməyə hazırdır", - deyə Ukrayna dövlətinin başçısı qeyd edib.
O, həmçinin Makkarti ilə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin, Rusiya neftinin və qazının qiymətinin aşağı salınmasının zəruriliyini müzakirə edib.

Tehsil-press.az

Oxşar xəbərlər