“Ermənistanda mürəkkəb siyasətdaxili proseslər baş verir”.
Bunu Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.
“MDB, Avrasiya İqtisadi İttifaqı (Aİİ), KTMT-dəki üzvlüyünün dayandırılmasının Ermənistanın marağına uyğun olduğunu düşünmürəm. Nəticə etibarilə, bu, yenə də dövlətin öz seçimidir. Ümumi tədbirlərdə ölkənin Baş nazirinin iştirak etməməsi isə bildiyimiz kimi, istənilən halda, Ermənistanda baş verən bəzi proseslərlə əlaqədardır” – deyə Rusiya Prezidenti vurğulayıb.
Onun sözlərinə görə, bu iştiraksızlıq ölkənin sözügedən inteqrasiya təşkilatlarında iştirak etmək və ya etməmək istəyi ilə bağlı deyil.
“Hadisələrin necə inkişaf edəcəyinə baxacağıq”, – deyə V.Putin əlavə edib.
Tehsil-press.az