Bayden Britaniya ilə ticarət sazişinin imzalanmasını təxirə salıb

Bayden Britaniya ilə ticarət sazişinin imzalanmasını təxirə salıb ABŞ Prezidenti Cozef Bayden Böyük Britaniya ilə ticarət sazişi imzalamaq planlarını təxirə salıb.
Sənədin imzalanmasının təxirə salınmasına ABŞ Senatının sazişin xüsusiyyətləri ilə bağlı etirazları səbəb olub. Mənbələr çoxsaylı fikir ayrılıqları səbəbindən sövdələşmənin baş tutmayacağını da istisna etməyib.
ABŞ ticarət nümayəndəliyinin ofisi tərəfindən hazırlanan 11 bəndlik saziş layihəsində məsələ ilə bağlı danışıqların 2023-cü ilin sonunadək başlayacağı göstərilib.
Xatırladaq ki, 2021-ci ildə Böyük Britaniyanın Baş naziri və Birləşmiş Krallığı Avropa İttifaqından çıxarmaq üzrə kampaniyanın liderlərindən biri Boris Conson ABŞ-la ticarət sazişini Brexit-in əsas üstünlüklərindən biri adlandırmışdı. Donald Trampın prezidentliyi dövründə bu istiqamətdə müəyyən irəliləyişlər əldə olunmuşdu.

Tehsil-press.az


Oxşar xəbərlər