Baydenlə Consonun görüşü baş tutdu

Baydenlə Consonun görüşü baş tutdu İngiltərə Baş naziri Boris Conson Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə görüşüb.
Bayden görüşdə “bir az ticarət barədə danışdıqlarını” və “məsələnin üzərində işləməli olduqlarını” dilə gətirib.
Bayden bildirib ki, İngiltərənin Avropa İttifaqından ayrılmasından sonra Şimali İrlandiyadakı sülh prosesinə zərər verilməməlidir:
“ABŞ İrlandiya adasında sülhün təmin olunması üçün çox zaman və əmək sərf edib”.

Tehsil-press.az



Oxşar xəbərlər