Tramp: ABŞ və Çin arasında ticarət sazişi "tezliklə" imzalana bilər

Tramp: ABŞ və Çin arasında ticarət sazişi ABŞ Çinlə fikir ayrılıqlarına son qoymaq üçün tezliklə ticarət sazişi imzalaya bilər.
Bu barədə ABŞ prezidenti Donald Tramp öz "Twitter" hesabında yazıb.
D.Tamp bildirib: "Çin yenicə elan edib ki, onların iqtisadiyyatı bizimlə ticarət müharibəsi üzündən gözlənildiyindən daha zəif artır. Onlar [Amerika idxalına] qarşı rüsumların artırılmasını dondurub və ABŞ-ın işləri çox yaxşıdır".
ABŞ prezidenti qeyd edib ki, Çin əhəmiyyətli və hərtərəfli saziş imzalamaq istəyir: "Bu, ola bilər və çox tezliklə".

Tehsil-press.az

Oxşar xəbərlər